Zahid Qaralov: “İlham Əliyev Azərbaycanı dünyada ləyaqətlə təmsil edir”

“Müxalifət ləyaqətsiz qurum kimi tarixin arxivinə atılıb”
Zahid Qaralov: “İlham Əliyev Azərbaycanı dünyada ləyaqətlə təmsil edir”

"Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayında prezident İlham Əliyev gözəl, məzmunlu, hesabat xarakterli çıxış edib. Çıxışımda möhtərəm prezidentimiz İlham Əliyevin bütün fəaliyyətini nəzərə alaraq növbəti prezident seçkilərində YAP-ın namizədi kimi iştirak etməsini xahiş etmişəm". Bunu SİA-ya YAP Səbail rayon təşkilatının sədri, Partiyanın İdarə Heyətinin üzvü Zahid Qaralov deyib.

Zahid Qaralovun sözlərinə görə, 2013-cü ildən başlayaraq prezident İlham Əliyev bütövlükdə sadiq bir siyasi xadim kimi Ümummilli lider Heydər Əliyev yolunu davam etdirir: "İstər daxili, istərsə də xarici aləmdə böyük nailiyyətlər əldə edən ölkə başçısı, həmçinin dünyada nüfuzlu siyasi xadim kimi Azərbaycanın ləyaqətli təmsilçisidir. Bütün bunları nəzərə alaraq, ölkə başçısı İlham Əliyevin növbəti dəfə prezident seçkilərində namizədliyi irəli sürülüb".

YAP İdarə Heyətinin üzvü Zahid Qaralov vurğulayıb ki, müxalifət o dövrdə talançılıq, yalan danışma, xalqı soymaq, hərc-mərcilik yaratmaq, vəzifə üstündə didişmək, xalqı tapdamaq, quldur dəstələri vasitəsi ilə camaatın evinə soxulmaq kimi faktları göz ardına alaraq yenidən hakimiyyətə gəlmək istəyir: "Azərbaycan müxalifəti demokratiya azlığından şikayət edir. Amma özləri hələ demokratiya anlayışından çox uzaqdadırlar. Bunlar ləyaqətsiz bir qurum kimi xalq tərəfindən rədd olunaraq tarixin arxivinə atılıb. Oktyabr ayının 15-də təkrarən ölkə başçısı İlham Əliyevi Azərbaycanın prezidenti seçəcəyik. İnanıram ki, xalq da bizi dəstəkləyəcək".

Zahid Qaralov qeyd edib ki, YAP-ın V qrultayında qarşıya iki mühüm vəzifə qoyulmuşdu: "Birincisi, YAP-ın növbəti prezident seçkilərində iştirak edəcək namizədini seçmək, ikincisi isə İdarə Heyəti və Siyasi Şurada yeniləşmə aparmaq idi. Birinci məsələ qurultayda iştirak edən 750 nümayəndə tərəfindən alqışlandı. İkinci məsələ ilə bağlı İdarə Heyətində yeniləşmə aparıldı. Prezident İlham Əliyevi yenidən partiyanın sədri seçdik. Həmçinin partiyamızın sədrinə 4 müavin seçdik. Bunlar Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva, AMEA-nın prezidenti Akif Əlizadə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirinin müavini Əli Həsənovdur".

Bütün xəbərlər Facebook səhifəmizdə