Xəbər verildiyi kimi bu gün Bakıda, "Buta" sarayında Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayı keçirilib. SİA-nın verdiyi məlumata görə, qurultayda partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində YAP-ın namizədi élan olunub. İlham Əliyev həm də yekdil səslə yenidən YAP-ın sədri seçilib.
Sonra partiyanın Siyasi Şurasının 90 nəfərdən, idarə heyətinin 21 nəfərdən ibarət tərkibləri, partiyanın sədr müavinləri, icra katibi, icra katibinin müavinləri və mərkəzi nəzarət-təftiş komissiyasının üzvləri seçilib.
Qurultaya yekun vuran Prezident, YAP-ın sədri İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və öz fəaliyyəti ilə bu etimadı doğruldacağını bəyan edib.
Qurultay YAP İdarə Heyətinin tərkibində cüzi dəyişiklik edib. Belə ki, indiyədək İdarə Heyətində 19 nəfər təmsil olunurdusa, bundan sonra qurumda 21 nəfər olacaq.
YAP-ın yeni sədr müavinləri Mehriban Əliyeva, Əli Həsənov və Akif Əlizadə avtomatik olaraq İdarə Heyətinə düşüblər. Əvəzində köhnə İdarə Heyətində yer alan sabiq təhsil naziri Misir Mərdanov qurumdan kənarlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB