Zahid Oruc: “Bunlar axşam çörəyini səfirliklərin ziyafət mərasimində yeyirlər” AÇIQLAMA

Zahid Oruc: “Bunlar axşam çörəyini səfirliklərin ziyafət mərasimində yeyirlər” AÇIQLAMA

"SOROS" fondunun Azərbaycanda müxtəlif Qeyri-hökumət təşkilatları (QHT) var. Xüsusilə həmin fondun hansı partiyaları maliyyələşdirdiyi belə heç kimə məlum deyil". Bunu SİA-ya millət vəkili Zahid Oruc AXCP sədri Əli Kərimlinin "SOROS" fondundan 110 min ABŞ dolları məbləğində vəsait alması ilə bağlı məsələlərə münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, bununla əlaqəli Azərbaycan cəmiyyətində həmin qüvvələrin özü açıqlama verməlidirlər ki, o pulları təyinatı üzrə necə istismar ediblər: "Lakin fakt faktlığında qalır. Elə hesab etmək olmaz ki, müxalif qüvvələr beynəlxalq dairələrin diqqəti və xüsusi himayəsi altındadır. Bu, qətiyyən belə deyil. Çünki bu təşkilatların timsalında qərb dairələri gələcək hakimiyyət modelini görmür və onlara bu cəhətdən xüsusi olaraq etibar etmir. Bizim parlament üzvü kimi baxışlarımız ondan ibarətdir ki, hökumətdən şəffaflıq tələb edən qüvvə və ya şəxs buna əməl etməlidir. Qoy, həmin əldə olunan vəsaitlərin hara yönəldiyi ilə bağlı deklorasiyalar təqdim olunsun və müvafiq qurumlara hesabatlar təqdim edilsin. Hətta mən obrazlı şəkildə söyləmişdim ki, bunlar axşam çörəyini səfirliklərin ziyafət mərasimində yeyirlər. Onda belə çıxır ki, onların heç günortaları da boş keçmir".

Bütün xəbərlər Facebook səhifəmizdə