Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə ölüm hadisəsi baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hərbi hissənin əsgəri Hüseynov Əli Hüseyn oğlunun tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində əsgər Rəhimov Mirqasım Vüqar oğlu dünyasını dəyişib.
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB