Politoloq: “İstanbul şəhəri bu gün barrikadaları xatırladır” MÜNASİBƏT

Politoloq: “İstanbul şəhəri bu gün barrikadaları xatırladır” MÜNASİBƏT

"Türkiyədə Taksim Gezi parkının sökülməsi ilə bağlı məsələdə polisin insanlara qarşı reaksiyası vəziyyətə adekvat olmadı". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli Türkiyədə Taksim Gezi parkının dağıdılmasına etiraz olaraq insanların polislə qarşıdurmasına münasibət bildirərkən deyib.

Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavininin sözlərinə görə, ölkə prezidenti İlham Əliyev də paytaxt Bakıda təşkil olunan forumlarda birmənalı şəkildə qeyd etdi ki, "İnkişaf etmiş ölkələr (İEÖ) maliyyə, iqtisadi böhranı yaşayırlar və bu fonda da qarşıdurmalarla müşahidə olunurlar. İnkişaf etməyən ölkələrdə isə vətəndaş müharibəsi, qarşıdurma, itaətsizlik və xaos vəziyyəti hökm sürür": "Belə vəziyyətlər fonunda isə Azərbaycan getdikcə inkişaf edir. Təbii ki, Almaniya kimi dövlətlərin də bu inkişafa göz yumması açıq-aşkar ortadadır. Eyni zamanda bu kimi hallar Türkiyəyə də aiddir. Məlumdur ki, Türkiyənin özünü də istəməyən qüvvələr var. Onlar hər vəchlə çalışırlar ki, adıçəkilən bu dövlətdə vəziyyət idarə olunmaz hala gəlib çatsın. Bu da təbii ki, xarici amillərlə bağlıdır. Daxili amillərə gəldikdə isə, hesab edirəm ki, burada daxili faktorları da diqqətdən yayındırmaq olmaz".

E. Nəsirli hesab edir ki, Türkiyədə Taksim Gezi parkının sökülməsi ilə bağlı məsələdə polisin insanlara qarşı reaksiyası vəziyyətə adekvat olmadır: "Bu da Nyutonun qanunu ilə desək "təsir, əks təsirə bərabərdir" oldu. Hesab edirəm ki, ağacların kəsilməsi və burada ticarət obyektinin salınması ilə bağlı beş milyona yaxın insanın adıçəkilən əraziyə toplaşaraq aksiya keçirməsi bəhanə rolunu da özündə ehtiva edir. Bu gün İstanbul şəhəri barrikadaları xatırladır. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan hökumətindən narazı qalan insanlar üçün bu olaylar sanki katalizator rolunu oynadı və prosesləri sürətləndirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə