Fəttah Heydərov: “Gənclər İlham Əliyevi dəstəkləməklə xoşbəxt gələcəkləri üçün düzgün seçim etdilər"
"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İlham Əliyevin namizədliyini dəstəkləməsini yüksək dəyərləndirirəm". SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov ATGTİ-nın illik konfransında çıxış zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda gənclər çox haqlı olaraq prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyirlər: "İlham Əliyevin apardığı siyasət əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu bir siyasətdir və öz bəhrəsini müsbət nəticələrlə verir. Bugünkü gənclər xoşbəxtdir ki, Heydər Əliyevin qurduğu cəmiyyətdə yaşayırlar. Bundan əvvəl Ulu öndər Heydər Əliyevsiz cəmiyyətdə biz minlərlə gənclərimizi müharibədə, xaosda itirdik. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldi və ömrünün son 10 ilini sərf edərək müstəqil, xoşbəxt Azərbaycan dövlətini qurdu".
Millət vəkili çıxışında vurğulayıb ki, bu gün də gənclər Heydər Əliyevin layiqli davamçısının namizədliyini dəstəkləməklə öz xoşbəxt gələcəkləri üçün düzgün seçim etdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB