Müdafiə naziri keçmiş prezidenti qəbul edib

Müdafiə naziri keçmiş prezidenti qəbul edib

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Xorvatiya Respublikasının keçmiş prezidenti Stepan Mesiçlə görüşü olub. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, görüş zamanı ölkələr arasında bütün sahələr üzrə əməkdaşlığın mövcud inkişaf perspektivləri ilə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb. Nazir Səfər Əbiyev hörmətli qonağı həmçinin bölgədə hərbi-siyasi vəziyyət və Ermənistanın təcavüzkar siyasəti barədə də məlumatlandırıb.

Qeyd edək ki, görüşdə Xorvatiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Drajen Xrastiç iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə