Milli Məclis 3 beynəlxalq müqaviləni təsdiqlədi

Milli Məclis 3 beynəlxalq müqaviləni təsdiqlədi

Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında 3 müxtəlif müqavilənin təsdiqlənməsi məsələsinə baxılıb. SİA-nın məlumatına görə, həmin məsələlər bunlardır: "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Müqavilənin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında" Müqavilənin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında" Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihələri.

Hər 3 layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə