Səfir: "Bütün bunları yalnız kütləvi informasiya vasitələri yazır"

Səfir: "Bütün bunları yalnız kütləvi informasiya vasitələri yazır"

"Nə Rusiyanın Qəbələ radiolokasiya stansiyasını tərk etməsi, nə də Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə tranzit nəqlinin dayandırılması ölkələrimiz arasında ikitərəfli əlaqələrə təsir göstərməyib". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

"Belə bir hal baş verməyib, bunları yalnız kütləvi informasiya vasitələri yazır. Rusiya Azərbaycan üçün strateji tərəfdaşdır. Azərbaycanın xarici işlər naziri bu yaxınlarda Rusiyaya rəsmi səfərə gedib, onun görüşləri açıq dostluq atmosferində keçib"- deyə səfir vurğulayıb.

Səfir bildirib ki, Bakı-Novorossiysk kəməri ilə tranzit neftin nəqlinə dair sazişin ləğvi sırf iqtisadi səbəblərlə bağlıdır: "Bu saziş nə Rusiya, nə də Azərbaycan tərəfinə sərf etmir. Əgər Rusiya ilə münasibətdə hansısa problem yaranırsa, bu məsələ konstruktiv məcrada müzakirə olunur və həllini tapır".

Bütün xəbərlər Facebook səhifəmizdə