"Prezident seçkiləri ərəfəsində beynəlxalq təşkilatlarla vətəndaş cəmiyyətinin baxış bucaqlarının uyğunlaşdırılması” SEMİNAR-FOTO
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə QHT Əməkdaşlıq Alyansı "2013-cü ilin prezident seçkiləri ərəfəsində beynəlxalq təşkilatlarla vətəndaş cəmiyyətinin baxış bucaqlarının uyğunlaşdırılması" mövzusunda toplantı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə ATƏT-in, Avropa Şurasının, ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycandakı ofisinin nümayəndələri, QHT rəhbərləri və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov deyib ki, 2013-cü il prezident seçki kampaniyası dövründə Alyansın vətəndaş cəmiyyətinin aktual mövzularını daim diqqət mərkəzində saxlayır: "Ölkəmizdə prezident seçkilərinin keçirilməsinə az bir müddət qalıb. Artıq ölkədə seçki abu-havası hökm sürür. Bəzi qruplaşmalar yaranmaqdadır. Müazkirə edilən sahədə bir sıra nöqsanların aradan qaldırılaması vacibdir. Eyni zamanda beynəlxalq təşkilatlarla yerli QHT-lər arasında əməkdaşlığın genişləndirilməsi önəmlidir. Alyans yaxın bir həftə ərzində aparılan müzakirələrin nəticələrini açıqlayacaq".
Çıxış edən QHT Əməkdaşlıq Alyansının həmsədri Yadigar Məmmədli isə bildirib ki, Azərbaycanda keçirilən seçkilər zamanı həm vətəndaş cəmiyyətinin, həm də beynəlxalq təşkilatların yanaşmalarında ciddi fərqlər üzə çıxır: "Beynəlxalq təşkilatlar və xarici müşahidə missiyaları əvvəlcədən müəyyən edilən hüquq müdafiə, media və vətəndaş cəmiyyəti təşkilatlarının hesabat və tövsiyyələrinə əsaslanır. Nəticədə qiymətləndirmələr qüsurlu olur. Bəzən yerli səviyyədə fəaliyyət göstərən tərəfsiz QHT-lər də bu istiqamətdə fəallıq göstərmir və fəaliyyətlətini uzlaşdırmırlar. Beynəlxalq təşkilatların bu fəaliyyəti uğurlu sayıla bilməz. Ölkəmizdə proseslərin obyektiv qiymətləndirilməsi məqsədi ilə yalnız müxalif mövqeli QHT-lərlə deyil, eyni zamanda müxalif siyasi görüşləri paylaşan, ən fərqli düşüncədə olan QHT-lərin məlumatlarına da istinad etməlidirlər. Bu məsələ ona görə önəmlidir ki, beynəlxalq təşkilatların hesabatları nəinki hakimiyyət tərəfindən birmənalı rədd edilməsin, əksinə tənqiddən düzgün nəticə çıxarılaraq sadalanan nöqsanlar tədricən qaldırılsın. Bu vəziyyət qarşılıqlı ittihamlarla deyil, beynəlxalq təşkilatların dövlətllə və QHT-lərlə normal ünsiyyətinə rəvac versin və hər üç tərəf arasında körpü yaratsın, dialoqa yol açsın".
Digər həmsədr Rəfail Becanov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti sektorunun böyük bir qismi beynəlxalq təşkilatlarla əlaqələrdən təcrid edilib: "Səbəb beynəlxalq təşkilatların bəzi yerli QHT-lər tərəfindən inhisara alınması, eyni zamanda beynəlxalq təşlkilatların da yalnız onların maraqlarını ifadə edən təşkilatlarla əlaqə qurmaqda maraqlı olmalıdırlar. Beynəlxalq təşkilatlar bütün vətəndaş cəmiyyəti sektoruna açıq olmalıdır".
Daha sonra mövzu ətrafında QHT Əməkdaşlıq Alyansının idarə heyətinin üzvü Mütəllim Rəhimov çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB