Bakıda keçirilən "Azərbaycan-ABŞ: Gələcəyə baxış" forumunda "Qadınların dövlət idarəçiliyində liderlik rolu" mövzunuda sessiya keçirilir. SİA-nın verdiyi xəbərə görə, sessiyanın moderatoru Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi Şəfəq Mehralıyevadır.
Sessiyada çıxış edən siyasi strateq, "Joe Slade White and Company"-nin icraçı vitse-prezidenti Valeri Bayden Ouens qadınların siyasətdə rolundan danışıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda mövcud olan ailə modeli dünyada ən möhkəmidir: "Elə bir ölkə yoxdur ki, orda qadın problemi olmasın. Bu problemlər Azərbaycanda da var. Amma dünyada gender sözünün hallanmadığı bir vaxtdaAzərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qadın siyasəti dövlət siyasəti səviyyəsinə yüksəldildi. Azərbaycan əhalisinin 50 faizi qadınlardır. 1998-ci ilə qədər Azərbaycanda qadın problemləri ilə iş aparan dövlət qrumu yox idi. Amma Ulu öndər Heydər Əliyevin yaxından köməyi ilə bu qrumm yaradıldı. 1995-ci ildə Pekində keçirilən "Qadın konfransında iştirak edən Azərbaycan konfransın qəbul etdiyi 12 strateji xətti qəbul etdi".
Komitə sədri sessiya iştirakçılarına çatdırıb ki, Azərbaycanın ən ağrılı problemi "Dağlıq Qarabağ" münaqişəsinin həll olunmasıdır: "Bu problem ən çox qadınlara, uşaqlara, qocalara toxunub. Münaqişə nəticəsində 400 min qadın , 250 min uşaq qaşqın və köçkün düşüb".
Çıxış edən Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova qadınların iqtisadiyyatda rolundan danışıb.
Milli Məclisin deputatı Sahibə Qafarova qadınlara qarşı zorakılıqdan danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB