XİN sözçüsü: “Mən hələ də anlaya bilmirəm ki,...”

XİN sözçüsü: “Mən hələ də anlaya bilmirəm ki,...”

"Hazırda Təbrizdə saxlanılan iki azərbaycanlı Xalidə Xalid və Şamxal Hüseynovla bağlı Azərbaycanın Təbrizdəki və Tehrandakı diplomatik nümayəndəlikləri İran tərəfi ilə təmaslarını davam etdirir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Xarici işlər nazirinin mətbuat katibi Elman Abdullayev deyib.

E.Abdullayevin sözlərinə görə, Azərbaycan vətəndaşları hələ ölkəyə tərəfinə verilməyib: "Təbii ki, onlarla görüşün keçirilməsi üçün hələ də İran tərəfindən müvafiq şərait yaradılmayıb. Ən önəmlisi isə odur ki, onlarla görüşün keçirilməsi istiqamətində İran tərəfi ilə danışıqlar davam etdirilir. Ümidvarıq ki, yaxın zamanda İran tərəfi ilə görüşün təşkilində əlverişli şərait yaradılacaq və onların Azərbaycan tərəfinə təhvil verilməsinə dair qarşı tərəfdən müsbət cavab alınacaq. Azərbaycan tərəfi öz hüquqi dəstəyini ölkə vətəndaşlarına verməyə hazırdır və bu istiqamətdə də İranın müvafiq orqanları, o cümlədən Xarici İşlər Nazirliyi, hüquq mühafizə orqanları ilə danışıqlarını davam etdirir. Mən hələ də anlaya bilmirəm ki, onların Azərbaycana təhvil verilməsi ilə bağlı məlumatlar haradan qaynaqlanır".

Bütün xəbərlər Facebook səhifəmizdə