“Azərbaycan-ABŞ: Gələcəyə baxış” formu öz işini davam etdirir YENİLƏNİR
"Azərbaycan-ABŞ: Gələcəyə baxış" formu öz işini davam etdirir. SİA-nın verdiyi xəbər görə, forumda çıxış edən Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin həlinin vacibliyindən danışıb. Bildirib ki, forumda iştirak edən konqresmenlərinin dəstəyi ilə Xocalı soyqırımını tanıyan ABŞ ştatlarının sayı artacaq
Forumdakı çıxışı zamanı xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan -ABŞ münasibətləri məhsuldar əməkdaşlığa əsaslanır: "Ölkələrimiz arasında mövcud olan möhkəm əlaqələrin tarixi keçmişi var. ABŞ demokratik cəmiyyətin qurulması və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verir. Dağlıq Qarabağ münaqişəsi ölkə iqtisadiyyatının inkişafına problem yaratsa da, hazırda Azərbaycan regionun lider dövlətidir Azərbaycan iqtisadiyyatı bölgə iqtisadiyyatının ümumi həcminin 80 faizindən çoxunu təşkil edir".
Çıxışı zamanı nazir bildirib ki, Azərbaycan ABŞ-la əməkdaşlığını həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirir: "Azərbaycan beynəlxalq birliyin terrorçuluqla mübarizəsinə tam dəstək verir. Biz sülhməramlı əməliyyatlarda iştirak edərək bu istiqamətdə bir sıra addımlar atmışıq. Azərbaycan avroatlantik cəmiyyətin dəyərlərini bölüşür".
Həmçinin nazir iki ölkə arasında əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayıb. Bu gün Azərbaycan-ABŞ əməkdaşlığı iqtisadi layihələrlə yekunlaşmır: "Azərbaycan beynəlxalq terrorçuluqla mübarizədə ABŞ-la birgə çıxış edir. Ölkəmiz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulub. Kosovo, İraq və Əfqanıstanda Azərbaycan hərbçiləri beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edib".
ABŞ Senatının sabiq üzvü Riçard Luqar Azərbaycan və ABŞ arasında enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq mövcud olduğunu, birgə əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələrin reallaşdığını nəzərə çatdırıb.
Daha sonra çıxış edən ABŞ-ın sabiq Energetika naziri, Nyu-Meksika ştatının sabiq qubernatoru Bill Riçardson bildirib ki, Əfaqanıstana gedən yüklərin 40 faizi Azərbaycan üzərindən ötürülür: "ABŞ Konqresi Azərbaycanla əlaqələrə daha çox diqqət yetirməlidir. Azərbaycan ABŞ-ın müttəfiqi, strateji tərəfdaşıdır. Xəzər regionunda mühüm rola malik olan Azərbaycanın sürətlə modernləşir. ABŞ bu məsələlərdə istənilən dəstəyi göstərməyə hazırdır. ABŞ-Azərbaycan münasibətlərinin təməlidə energetika dayanır. Hesab edirəm ki, bu başlanğıcdır. Biz münasibətlərimizi daha da genişləndirməli və diversifikasiya etməliyik".
Eyni zamanda sabiq nazir bildirib ki, Azərbaycan tolerantlıq baxımıdan dünyanın öndə gedən ölkələrindəndir: "Azərbaycanda böyük yəhudi və xristian icması var. Bu ölkə çox dinamik şəkildə müasirləşir".
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar isə çıxışında forumda ABŞ-ın 42 ştatının nümayəndəsinin iştirak etdiyini bildirib: "ABŞ Azərbaycanla əlaqələrə hər zaman yüksək baxıb. Bizim baxışımız aydındır. Azərbaycanın suveren bir dövlət olmasını istəyirik".
Daha sonra çıxış edən konqresmen Qreqori Miks Azərbaycanı 28 may – Respublika Günü münasibətilə təbrik edib.
Həmçinin çıxışı zamanı qeyd edib ki, bu gün sərmayələr tək silahlanmaya deyil, təhsilə, sosial sahələrə yönəlsə, daha güclü gələcəyə nail olunar: "Azərbaycan da buna – gənc nəslə sərmayə qoyur. Bunun nəticələrini illər keçdikdən sonra görəcəyik. Azərbaycan sülh və sabitliyi təşviq edən ölkədir".
Oklahomadan olan konqresmen Cim Branydnştayn isə bildirib ki, onun təmsil etdiyi ştatın Azərbaycanla sıx əməkdaşlığı var. Oklahoma Milli Qvardiyası Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq edir və hazırlıq keçir.
Forum öz işini davam etdirir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB