Vüqar Bayramov: “Regionlarda infrastruktur problemi tamamilə həll olunub” AÇIQLAMA

Vüqar Bayramov: “Regionlarda infrastruktur problemi tamamilə həll olunub” AÇIQLAMA

"Əgər biz ötən əsrin 90-cı illərinin ortalarında regionlarda işıq, qaz və digər kommunal problemlərin şahidi olurduqsa, indi bundan əsər-əlamət yoxdur". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov Prezident İlham Əliyevin regionlara səfərinə, oradakı müəssisələrin, obyektlərin açılışına münasibət bildirərkən deyib.

V.Bayramovun sözlərinə görə, bütün bunlar regionların inkişafı üzrə Dövlət proqramı çərçivəsində həyata keçirilən fəaliyyətin göstəricisidir: "Birinci mərhələdə burada infrastrukturun formalaşdırılması və bu formalaşdırılan infrastruktura uyğun olaraq regionlara həm yerli həm də xarici investisiyaların cəlb edilməsi nəzərdə tutulub. Praktiki olaraq Azərbaycan regional inkişaf baxımından birinci mərhələni başa vurub. Bu da təbii ki, regionların inkişafı baxımından biznesin inkişafına mənfi təsir göstərirdi. Lakin, bu gün aparılan işlər nəticəsində regionlarda infrastruktur problemi tamamilə həll olunub. Bu da təbii ki, xarici investisiyaların ölkəmizə cəlb olunmasına əlverişli şərait yaradır. Bununla belə infrastrukturun formalaşması, region bazarları ilə paytaxt bazarların eləcə də xarici ölkə bazarları arasında nəqliyyat sisteminin inkişafına təkan verib. Bu baxımdan ölkə başçısı İlham Əliyevin regionlara səfəri, oradakı müxtəlif obyektlərin açılışı artıq yeni bir mərhələnin yaranmasından xəbər verir. Əgər beş il bundan əvvəl regionların Dövlət büdcəsindəki payı cəmi 4 faiz idisə, hazırda bu say ikirəqəmliyə yaxınlaşır. Bununla belə, əgər biznesin 5 faizi regionlarda cəmləşirdisə, indi bu, 10 faizdən artıqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə