İlham Əliyev Dağüstü parkda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub FOTOLAR
Prezident İlham Əliyev bu gün Dağüstü parkda yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub. SİA-nın məlumatına görə, dövlət başçısına bildirilib ki, parkda müasir şəlalə kompleksi yaradılıb, işıqlandırma sistemi qurulub, istirahət üçün lazımi şərait təmin edilib.
Sonra Azərbaycan Prezidenti Dağüstü parkda tikilən İstiqlal Muzeyi ilə tanış olub. İstiqlal Muzeyi dövlətimizin başçısının 2011-ci il 2 avqust tarixli Sərəncamı əsasında tikilib.
Prezident İlham Əliyev sonra Dağüstü parkdan Bakının mənzərəsini seyr edib. Məlumat verilib ki, Dağüstü parkda inşa olunan 600 yerlik kafedə müştərilərə yüksək xidmət göstəriləcək. Binanın yuxarı mərtəbəsindən paytaxt Bakının və Xəzərin mənzərəsini müşahidə etmək mümkündür.
Dövlət başçısı kafedə yaradılan şəraitlə maraqlanıb, binadan ətrafı seyr edib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB