Asim Mollazadə: “ATƏT öz təməl prinsiplərinə hörmətsizlik nümayiş etdirir” AÇIQLAMA

Asim Mollazadə: “ATƏT öz təməl prinsiplərinə hörmətsizlik nümayiş etdirir” AÇIQLAMA

"Hesab edirəm ki, ATƏT-in Minsk qrupu həmsədlərinin hazırkı funksiyası beynəlxalq siyasi turizmə bənzəyir". Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Millət vəkilinin sözlərinə görə, həmsədrlər hər dəfə öz acizliyini dünyaya bir daha nümayiş etdirir: "Biz bunu dəfələrlə ATƏT rəhbərliyinin diqqətinə çatdırmışıq ki, problemin nə olduğu ilə bağlı bizi məlumatlandırsınlar? ATƏT öz təməl prinsiplərinə hörmətsizlik nümayiş etdirir. Bunların əsas təməl sənədlərində sərhədlərin toxunulmamazlığı, ölkələrin ərazi bütövlüyünün tanınması qəbul olunub. Məhz bu amillər ətrafında ATƏT bir sıra Avropa və dünya ölkələrini birləşdirə bilib. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəlincə, ATƏT bu prinsiplərə öz sadiqliyini nümayiş etdirə bilmədiyinə görə, müəyyən qədər hüquqi nihilizm ortalığa qoyub və münaqişənin həllində aciz qalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə