Bu gün Bakıda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 2013-cü il üçün illik konfransında iştirak edən xarici qonaqlar Azərbaycan haqqında düşüncələrini SƏS TV ilə bölüşüblər. SİA qonaqların təəssuratlarını oxucularına təqdim edir:

Rikardo Miqliori, ATƏT Parlament Assambleyasının keçmiş prezidenti:
Dünya Bankı və Parlamentlər arasında əlaqələr üzrə əhəmiyyətli iclas keçirdiyiniz və qonaqpərvərliyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Bu gün Avropa və bir çox ölkələrin nümayəndələri Bakıdadır. Konfransda mühüm beynəlxalq təşkilatların gələcək perspektivləri barədə müzakirələr aparmışıq. İnanıram ki, Bakı yalnız Azərbaycanın paytaxtı deyil, eyni zamanda beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edən möhtəşəm şəhərdir. Bakıya üç il bundan əvvəl səfər etmişdim. İndi Bakı çox dəyişib. Avropa Təhlükəsizlik Korporasiyası oktyabrda keçirilərək növbəti prezident seçkilərində Bakıya yenidən səfər edəcək.
.jpg)
Kiril Müller, Dünya Bankının Xarici Məsələlər üzrə vitse-prezidenti:
Azərbaycana ilk dəfə 1990-cı ildə Sovetlər Birliyi dağıldıqdan sonra səfər etmişəm. Həmin vaxt Azərbaycan kifayət qədər kasıb ölkə idi. Bu gün isə Azərbaycanda yüksək inkişafın şahidi oldum. Səfərim zamanı çox böyük dəyişikliklərin şahidi oldum. Yenidən Bakıya gəlməyimə şadam. Bu cür tədbirlərin keçirilməsi dünyanın hər bir yerindən qrup şəklində gələn parlamentarilərin, tərəqqi və iqtisadi inkişafı da daxil olmaqla, maraq dairələrində olan mövzuları müzakirəsinə imkan verir.

Bahadur Sinq, Hindistan Parlamentinin üzvü:
Ölkənizə ilk dəfə səfər edirəm. Şəhəriniz haqqında çox eşitmişdim. İndi Bakının çox inkişaf etdiyinin şahidi oldum. Allah sizə çox varlı təbiət bəxş edib. Ölkəniz həm qaz, həm də neftlə zəngindir. Düşünürəm ki, siz xidmət və təhsil sahələrini daha da inkişaf etdirməlisiz. Yüksək səviyyəli təhsil verməklə dünyanın aparıcı ölkələrindən birinə çevrilə bilərsiniz. Çünki Allah, iqliminiz və təbiətiniz sizə qarşı çox səxavətlidir. Mən təklif edirəm ki, təhsil sahəsini daha çox təkmilləşdirəsiniz. Bu zaman xidmət sahələri inkişaf edərək Azərbaycanı daha da çiçəklənən ölkəyə çevirəcək.

Roy Kalan, Parlamentarilərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının nümayəndəsi, Kanada:
10 ildir ki, parlamentarilərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatında (GOPAC) işləyirəm. Dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edərək, bu sahədə qarşılaşdıqları maneələri aradan qaldırmaqda onlara köməklik göstərərək parlamentlərə lazımı dəstək veririk. Dünyada kifayət qədər fəalıq. Hal-hazırda 50 ölkədən 500 üzvümüz var. Azərbaycanda bu qədər dəyişiklik gözləmirdim. Bakının gözəlliyindən çox təsirlənmişəm. Konfransda bütün əməkdaşlarımız son 15-20 ildə görülən işlər barədə danışır. Bakı müasir və təmiz şəhərdir. İçərişəhərə uzanan park çox təmiz və möhtəşəmdir. Şəhəriniz qədim və müasirliyin vəhdətini təşkil edir.

Professor Əli Əhməd, Afrika Parlamenti, Sudan:
Bakı möhtəşəm, inkişaf etmiş və gördüyüm ən gözəl şəhərlərdən biridir. Təşkilatçılıqdan hamımız razıyıq və çox xoşumuza gəldi. Bizi hava limanında çox mehriban qarşılayıb möhtəşəm otelə apardılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB