Sahib Alıyev: "Müxalifətin yaratdığı heç bir birlik özünü doğrultmayıb"

Sahib Alıyev: "Müxalifətin yaratdığı heç bir birlik özünü doğrultmayıb"

"Müxalifətin bütün əməkdaşlıq formaları, indiyədək yaratdıqları birliklər özünü doğrultmayıb". Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Sahib Alıyev deyib.

Millət vəkilinin sözlərinə görə, Rüstəm İbrahimbəyov sadəcə təzə bir ad altında eyni birlik modeli irəli sürüb: "Ancaq yaranacaq "Milli Şura"nın tərkibinə baxsaq, yeni bir simaya rast gələ bilmərik. Yenə həmin insanlar ora toplaşacaq. Bunun bir fərqi var? Adı "Milli Şura" və ya "İctimai Palata" olsun, yaranacaq birlik heç nəyi dəyişən deyil. Formanı dəyişdirməklə mahiyyət dəyişməz. Burada sadəcə müxalifət tərəfi çaxnaşma yaradır. Sonda heç nə dəyişən deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə