Azərbaycanda səfərdə olan Uruqvay parlamentinin sədri German Kardosonun başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabana gedərək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı qarşısına tər çiçəklər qoyulub.
Sonra nümayəndə heyəti Şəhidlər Xiyabanına gedərək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə güllər düzüb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB