"İnternetin Kütləvi İnformasiya Vasitəsi (KİV) olması ilə bağlı heç kimdə şübhə yoxdur. Sadəcə olaraq "sahibsiz pişik" kimi internet də istənilən yerə rahat daxil ola bilir". SİA-nın xəbərinə görə, bunu "İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri" mövzusunda keçirilən dəyirmi masadakı çıxışında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Administrasiya rəsmisinin sözlərinə görə, on min oxucusu olan qəzetin hanısa bir yazısına görə, jurnalist məsuliyyət daşıyır. Amma 3 milyon insanın oxuduğu internətdəki informasiyaya görə heç kim məsuliyyət daşımır: "Bu, özbaşınalıqdır. Ya internet hər bir yerə icazəli, qanuni şəkildə daxil olmalıdır, ya da ümumiyyətlə bu hüquqdan imtina etməlidir. İnternetin media olması bizim qanunda ona görə öz əksini tapır ki, hər bir təhqirə görə insanlar cavab verməlidir. İnternetdən, təhqirdən hamı narazıdır. Bu gün müxalifət də, iqtidar da, jurnalistlər də, məmurlar da internetdə təhqirə yol verilməsindən narazıdır. Buna kim cavab verməlidir. Amma "Diffamasiya haqqında" qanuna gəlincə hamı bunun əleyhinə çıxır".
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB