Atəşkəs yenidən pozulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Şirvanlı, Baş Qərvənd və Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə