Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə