"Beynəlxalq təşkilatlar, o cümlədən bizim tərəfdaşlar bilməlidirlər ki, artıq Azərbaycan keçid mərhələsini yaşayan ölkə deyil. Azərbaycan inkişaf etmiş dövlətlərin sırasına qatılmaq niyyətini ifadə edib. Azərbaycan özünün siyasi, iqtisadi, mədəni, sosial potensialına görə regionda lider dövlətdir. Azərbaycan keçmiş SSRİ respublikaları ilə müqayisəolunmaz səviyyədədir. Biz iqtisadi, siyasi baxımdan ən sabit, ən inkişaf edən ölkəyik". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, Avropa təsisatları Azərbaycanla bağlı baxışlarını dəyişməlidir. Onun fikrincə, seçki prosesi ilə bağlı maddi-texniki, təşkilati və bir sözlə, bütün məsələləri Azərbaycan yüksək səviyyədə təşkil edib: "Hazırda Seçki Məcəlləsinə yeniliklərin gətirilməsi müzakirə predmeti deyil və olmayacaq da! Seçki prosesi açıq və şəffafdır. Hesab edirəm ki, biz yenə beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcəyik ki, onlar bu prosesi müşahidə etsinlər. Amma mən bir subyektiv fikrimi söyləmək istəyirəm: Azərbaycanda vətəndaş cəmiyyətinin, ictimai şüurun, demokratiyanın və demokratik təsisatların inkişafı artıq elə səviyyədədir ki, bizi kənardan müşahidə etməyə də ehtiyac yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB