"Milli Şuranın sonu ənənəvi qaydada başa çatacaq" MÜNASİBƏT

"Milli Şuranın sonu ənənəvi qaydada başa çatacaq" MÜNASİBƏT

"Əslinə qalsa, "Milli Şura" anlayışı yoxdur. Sadəcə şuranı yaratmaq istəyənlər yeni ad altında bir araya gəlmək istəyirlər. Bura İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov daxildir. Bu da digər tərəfdən köhnə formatın yeniləşməsi prosesidir. Köhnədən fərqi isə Eldar Namazovun siyahıya əlavə olunmasıdır". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini Elçin Mirzəbəyli mayın sonunda Milli Şuranın yaradılması məsələsinə münasibət bildirərkən deyib.

"Rüstəm İbrahimbəyovun bu siyahıya əlavə olunacağını demirəm, çünki o, özünü siyasətçi saymır. Buna baxmayaraq, o ayrı- ayrı ölkələrin ssenarilərində yer almağı bacarır. Bu günə qədər onların fəaliyyəti sıfıra bərabər olduğuna görə bundan sonrakı işləri də elə o cür nəticə verəcək. Çünki onların arasında əməkdaşlıq münasibətləri yoxdur. Hər biri digərini necə aldatmaq barədə düşünür. Bu baxımdan da prosesin sonu ənənəvi qaydada başa çatacaq", - deyə E. Mirzəbəyli fikirlərinə əlavə edib.

Gənclərin iştirakı ilə müxalifət dairələrinin keçirmək istədikləri növbəti aksiyalara münasibət bildirən sədr müavini onu da qeyd edib ki, bu kimi cəhdlərin məhz gənclər arasında aparılması düzgün deyil: "Buna baxmayaraq, icazəsiz aksiyaların keçirilməsi qanuna uyğun şəkildə həll olunacaq. Gəncləri yanlış istiqamətə sürükləmək onların Azərbaycan gənci kimi formalaşmasına mane olmaq deməkdir. Gənclər bu günə qədər müxalifətin aldadaraq girovlarına çevirdiyi insanların aqibətini düşünərək hərəkət etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə