“Bu addımların cəmiyyətə heç bir effektiv təsiri olmayacaq” AÇIQLAMA

“Bu addımların cəmiyyətə heç bir effektiv təsiri olmayacaq” AÇIQLAMA

"Bu il seçki ili olduğundan müəyyən aksiyalar keçirməyə cəhd edən müxalifət dairələrinin də başlıca məqsədi öz mövcudluqlarını cəmiyyətə göstərməkdir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərov müxalifət dairələrinin növbəti dəfə mayın sonlarında gənclərin iştirakı ilə keçirmək istədikləri icazəsiz aksiyalara münasibət bildirərkən deyib.

A.Əsgərovun sözlərinə görə, bu addımların cəmiyyətə heç bir effektiv təsiri olmayacaq: "Xüsusilə də son dövrlər onların aralarında baş verən çəkişmələr, qarşıdurmalar, Milli Şura ideyası ətrafında bir-birlərini bəyənməmələri onu göstərdi ki, müxalifətin siyasi mübarizə aparmaq qabiliyyəti yoxdur. Bununla belə olanların ciddi bir qüvvə kimi çıxış etmək imkanları da tükənib. Məhz buna görə də onlar yenidən kütləvi addımlara əl atmaq istəyirlər. Bu gün Azərbaycan müxalifətinin yanında elə də ciddi gənclik qüvvəsi yoxdur. Çünki, Azərbaycanın sağlam gəncliyi bu gün ölkəmizin inkişafında mühüm rolu olan və bu inkişafı davamlı şəkildə həyata keçirən dövlət başçısı İlham Əliyevin yanındadır. Bu yaxınlarda Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın iclası bir daha onu göstərdi ki, ölkə gəncliyi bu gün siyasi hakimiyyətin başında dayanan dövlət başçısı İlham Əliyevi dəstəkləyir və daima onu müdafiə edəcək. Amma müxalifətin ətrafında bir-iki gəncin olması onların kütləvi aksiya keçirmək üçün qüvvələri olduğu anlamına gəlmir".

Bütün xəbərlər Facebook səhifəmizdə