Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakovda görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə edilib.
Görüşdə, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Həmsədrlər və nazirlər sülh prosesini irəli aparmağın mümkün yollarını müzakirə ediblər. Elmar Məmmədyarov və Edvard Nalbandyan həmçinin mövcud durumu dəyərləndirib və regionda sülhün bərqərar olması işinə bağlılıqlarını bir daha təsdiqləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB