Fərhad Məmmədov: “Bu cür aksiyalar daim keçirilir” AÇIQLAMA

Fərhad Məmmədov: “Bu cür aksiyalar daim keçirilir” AÇIQLAMA

"Reallıq odur ki, həm Dağlıq Qarabağda, həm də Ermənistanda əhali azalmağa doğru gedir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Dağlıq Qarabağda keçirilən lotoreya uduşlarına Azərbaycanın işğal olunmuş ərazilərindəki evlərin qoyulması məsələsinə aydınlıq gətirərkən deyib.

SAM direktorunun sözlərinə görə, Ermənistan hökuməti Dağlıq Qarabağda yaşayan əhalini hər vəchlə əlində saxlamağa çalışır: "Bu cür aksiyalar daim keçirilir. Hər il marafonlar təşkil olunur. Onlar prosedur layihələrin həyata keçirilməsi üçün pul yığırlar. Dağlıq Qarabağda yaşayan ermənilərə Ermənistan dövlətinin xarici şəxsiyyət vəsiqələri verilmir. Bütün bu məsələlər onu göstərir ki, ermənilər üçün Dağlıq Qarabağda yaşayan əhalinin sayının artırılması yox, orada yaşayan əhalinin orada qalması önəmlidir. Onlar buna çalışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə