Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə Ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Azərbaycan Prezidentinə Ulu Öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb, geniş yaşıllıq zolaqları salınıb, uşaq-əyləncə guşələri qurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB