"Laçının işğalı məhz İsa Qəmbər parlamentin sədri seçilən günü, yəni 1992-ci il 17 may tarixində həyata keçirilib. Bu tarixi unutmayan insanların İsa Qəmbərə olan münasibəti məlumdur". SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Müsavat başqanı İsa Qəmbərin laçınlılarla görüşü zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib.
O bildirib ki, hər bir siyasi fəaliyyətlə məşğul olan insan öz platformasına, ideyalarına və potensialına inam yaratmaq məqsədilə müxtəlif fikirlərdən istifadə edə bilər: "Lakin bu gün İsa Qəmbərin və onun kimilərinin regionda gedən prosesləri yetərincə dərk etməmələri, ölkənin milli maraqları üçün təhlükə doğurmaları elə bir vəziyyət yaradıb ki, Azərbaycan vətəndaşı gələcəyini onlara bağlamaq istəmir. Hakimiyyətə gələrsə mülkiyyəti yenidən özəlləşdirəcəyini bəyan edən, hakimiyyətin siyasətini tanımayan, beynəlxalq səviyyədə bağlanan neft müqavilələrini yenidən nəzərdən keçirəcəyini söyləyən bir hakimiyyəti kim dəstəkləyər ki? Hesab edirəm ki, İsa Qəmbər ölkənin keçmişidir, gələcəyi yox".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB