Şahin İsmayılov: “İlham Əliyevin namizədliyinin dəstəklənməsi azərbaycançılıq mövqeyidir”

Şahin İsmayılov: “İlham Əliyevin namizədliyinin dəstəklənməsi azərbaycançılıq mövqeyidir”

"Gənclərlə İş üzrə İctimai Şuranın iclasında dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi ilə bağlı Şura adından bəyanat qəbul olunub. Hesab edirəm ki, bu bəyanatın qəbul olunmasında təəccüblü hal yoxdur". Bunu SİA-ya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayilov deyib.

Ş.İsmayilovun sözlərinə görə, normal düşüncə tərzinə malik olan hər bir insan İlham Əliyevin yenidən prezident olmasını dəstəkləməlidir: "İlham Əliyevin yenidən preizdentliyə dəstəklənməsi ona görə gərəklidir ki, bu artıq azərbaycançılıq mövqeyidir. Çünki Azərbaycan İlham Əliyevin rəhbərliyi altında kifayət qədər böyük uğur qazanıb. Bununla yanaşı, Azərbaycan prezidenti dünyaya səs salan layihələrin müəllifidir. Hesab edirəm ki, bu layihələrin davamının gəlməsi üçün ölkə başçısı İlham Əliyevin yenidən 5 il müddətə respublikamıza rəhbərlik etməsi vacibdir. Azərbaycan daha da inkişaf etməli, dövlətlər arasındakı mövqeyini möhkəmləndirməlidir. Azərbaycan gəncləri də növbəti seçkilərdə ölkə başçısının prezidentliyə namizədliyini dəstəkləyəcəklər. Hesab edirəm ki, Azərbaycan gəncliyi İlham Əliyevlə birgə daha böyük uğurlar qazanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə