PA rəsmisi: “MDİ ilə keçirdiyimiz görüşlərdə müəyyən şərtlər razılaşdırılıb”

PA rəsmisi: “MDİ ilə keçirdiyimiz görüşlərdə müəyyən şərtlər razılaşdırılıb”

"İranda saxlanan Xalidə Xalidin Azərbaycana qaytarılması ilə bağlı zəruri işlər görülür". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi deyib ki, dövlətin müvafiq qurumları İranda saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalidin azadlığa buraxılması ilə bağlı fəaliyyətini davam etdirir: "Azərbaycanın Xarici İşlər Nazirliyi məsələyə öz münasibətini açıqlayıb. Mənim bu məsələyə münasibət bildirməyimin prosesə heç bir təsiri olmayacaq".

Əli Həsənov Azərbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı məsələyə də toxunub: "ABŞ-ın Milli Demokratiya İnstitutu ilə keçirdiyimiz görüşlərdə müəyyən şərtlər razılaşdırılıb. Azərbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı müvafiq qanunvericiliyin tələbləri onların diqqətinə çatdırılıb. Tələblərə müvafiq olaraq, ABŞ-ın adıçəkilən qeyri-hökumət təşkilatı və digər beynəlxalq qurumlar Azərbaycanda fəaliyyət göstərə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə