Politoloq: "Müxalifət stəkanda fırtına siyasətini gündəmə gətirir" MÜNASİBƏT
"Dövlətin daxilində baş verə biləcək hər bir kriminal hadisəni və ya qarşıdurmanı iqtidar - müxalifət müstəvisinə keçirməyə çalışmaq çox yalnış siyasətdir". SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev sərhəd qoşunlarının zabitinin Xudatda törətdiyi yol nəqliyyat hadisəsinin müxalifət tərəfindən başqa məcraya yönəldilməsinə münasibət bildirərkən belə deyib.
O bildirib ki, hər gün ölkədə onlarla yol nəqliyyat hadisəsi törədilir və bu zaman hadisəni törədənlər stress keçirir, yəni fərqli situasiyalarla qarşılaşırlar: "Lakin bu situasiyalardan yararlanmaq qəzanı törədənlərə qarşı hörmətsizlikdir. Digər tərəfdən, bu kimi hadisələri iqtidar-müxalifət müstəvisinə keçirməklə stəkanda fırtına siyasətini gündəmə gətirirlər. Əgər baş verən qəzada kimliyindən asılı olmayaraq, ölüm hadisəsi qeydə alınmayıb, sadəcə olaraq hadisəni törədənlər mübahisə ediblərsə, hadisəni bu qədər şişirtmək düzgün deyil. Hələ də məlum deyil ki, hadisənin törədilməsində günahkar kimdir, bəlkə də elə hadisənin səbəbkarı hərbiçi deyil, adi vətəndaşdır. Bu məsələni araşdırmaq əvəzinə, məsələnin məcrasını dəyişərək dövlət qulluqçusuna ləkə yaxmaq cılız siyasətdir.
Politoloq qeyd edib ki, hadisəyə "Müsavat" partiyasının yerli nümayəndələrinin bu cür don geyindirməsi acınacaqlı vəziyyətdir: "Maşında körpə uşaq, qadın görən azərbaycanlı söyüş söyməz. Azərbaycan ordusunda xidmət edən, sərhədlərimizin keşiyində duran bir hərbiçi isə heç vaxt bu hərəkətə yol verməz. Məsələnin bu cür şişirdilməsində, qərəzli fikirlərin irəli sürülməsində maraqlı olan tərəf var. Ən acınacaqlısı da odur ki, məsələdə maraqlı tərəf etnik separatizmi qızışdırmaq istəyən və adını "Müsavat" qoyan partiyanın yerli nümayəndələridir".
Məlumat üçün bildirək ki, müxalifət mətbuatı hadisəni törədən zabitin Xudatlıları söydüyünü, nəticədə sakinlərin etiraz aksiyası keçirdiyini yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB