Fəzail Ağamalı: “Xudatda baş verən hadisə sərxoş sədrin özünü məhşur etmək istəyidir”
Dağıdıcı müxalifət Azərbaycanın dövlətçiliyinə xələl gətirən növbəti bir addım atıb. Belə ki, Müsavatın Xaçmaz rayon şöbəsinin üzvləri partiyalarının təhrikçi ənənələrinə sadiq qalaraq Xudat qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsini siyasiləşdirməyə, Xaçmaz rayonunda süni gərginlik və qarşıdurma yaratmağa cəhd göstəriblər. Bu dəfə də Sərhəd Qoşunlarının zabitini hədəfə alıblar. Təsadüf nəticəsində yaranmış qəzanı ölkə ictimaiyyətinə siyasi təzyiq növü kimi təqdim etməyə çalışıblar.
Baş vermiş hadisə ilə bağlı SİA-ya açıqlama verən Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müvini Elçin Mirzəbəyli bildirib ki, bu insident dağıdıcı müxalifətin köhnə mübarizə üsuludur. Müəyyən zaman keçməsinə baxmayaraq, onlar xəyanətkar mübarizə növündən əl çəkmirlər: "Onlar bu addımla yeni bir ictimai iğtişaşın əsasını qoymağa çalışırlar. Əslində, bu yolla ictimai diqqəti üzərlərinə çəkmirlər. Dağıdıcı müxalifətin üzvləri beynəlxalq təşkilatların Azərbaycanla bağlı mənfi rəyini formalaşdırmağa çalışırlar. Onlar Azərbaycanın ictimai-siyasi həyatında stabil proseslərin getməsini istəmədiklərini bir daha təstiqlədilər".
Ana Vətən partiyasının sədri millət vəkili Fəzail Ağamalı isə bildirib ki, Xaçmaz rayonunun hansısa əyyaş rayon təşkilatının sədri özünü məhşur etmək üçün bu yola əl atıb: "Biz bu məsələyə münasibət bildirərək məsələni ictimailəşdirik. Müsavat rayon təşkilatının yol verdiyi bu hərəkətə yalnız iqtidar partiyalarının rayon təşkilatının sədr müavinləri münasibət bildirməlidir. Partiya sədrlərinin və millət vəkillərinin onların düzənlədiyi bu şouya münasibət bildirməsi onlar üçün şərəf olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB