“Məsələni bu qədər şişirtməyə ehtiyac yoxdur"

“Məsələni bu qədər şişirtməyə ehtiyac yoxdur"

"Xudatda baş vermiş məsələni bu qədər şişirtməyə ehtiyac yoxdur, çünki bu fərdi hadisədir. Kimliyindən asılı olmayaraq, hər kəs səviyyəsiz hərəkət edə bilər. Bu zabit, müəllim, həkim və ya başqa peşənin sahibi ola bilər. Məsuliyyətli şəxs də belə bir addım atıbsa, o zaman hüquq mühafizə orqanları məsələyə müdaxilə edib lazımi tədbirləri görəcək". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili Fazil Mustafa sərhəd qoşunlarının zabitinin Xudatda törətdiyi yol nəqliyyat hadisəsinin müxalifət tərəfindən başqa məcraya yönəltmələrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, insanlar bu kimi hadisələrlə bağlı öz şikayətlərini müvafiq qurumlara bildirməlidir: "Nəticə olmasa, o zaman başqa yollara əl atmaq olar. Bütün hallarda bu cür kütləvi etiraz aksiyası yaratmağın əleyhinəyəm. Buna görə də baş vermiş bu kimi məlumatlar prinsip etibarı ilə düzgün deyil".

Qeyd edək ki, müxalifət mətbuatında bildirilir ki, hadisəni törədən zabit Xudatlıları söyüb və bu səbəbdən də etiraz aksiyası keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə