Sabiq prezident: "Dini konfliktlər dinin köməyi ilə aradan qaldırılacaq"
"Birinci Cənubi Qafqaz forumu öz işini davam etdirir. Bu paneldə dinlə əlaqədar konfliktlərin aradan qaldırılması üçün müzakirələr keçirilir". Bunu jurnalistlərə açıqlamasında birinci Cənubi Qafqaz forumunda iştirak edən Litvanın sabiq prezidenti Valdas Adamkus deyib.
Onun sözlərinə görə, bu məsələlər ətrafında fikir mübadiləsi aparmaq çox önəmlidir: "Xüsusilə bu regionda ailədaxili problemlər, dini konfliktlər məhz dinin köməyi ilə aradan qaldırılacaq. Qayğı və diqqət nəticəsində heç bir din ailə, təhsil və mədəni faktorlara əngəl ola bilməz. Mən bunun cəmiyyətin ən əhəmiyyətli məsələsi olduğunu bildirmək istəyirəm".
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB