Sabiq prezident: “Böyük demokratiya Azərbaycanı Rusiyadan uzaqlaşdıra bilər”
"Böyük demokratiya Azərbaycanı Rusiyadan uzaqlaşdıra bilər". SİA-nın məlumatına görə, bunu Litvanın sabiq prezidenti Vytautas Landsbergis bugün keçirilən birinci Cənubi Qafqaz Forumunun iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazın bütün xalqları dost kimi yaşaya bilər: "Ermənistan –Azərbaycan Dağlıq Qarabağ məsələsinin həlli vacibdir. Bu məsələnin həllində maraqlı tərəflər tapmaq çətindir, ancaq müharibənin, qantökmənin tərəfdarlarını tapmaq, regionda vəziyyəti gərgin saxlamağın tərəfdarlarını tapmaq asandır".
"Avropa Birliyi (AB) bu məsələni həll edə bilər və AB bununla bağlı fikirlər bildirməlidir. AB-nin bu məsələnin həllində strateji maraqları var ancaq Rusiyanın maraqları qeyri-stabildir. Dağlıq Qarabağ münaqişəsi regionda stabilliyi, sabitliyi və qonşuluq siyasətini dağıdır. Bu münaqişənin həlli regiondakı vəziyyətə ciddi dərəcədə müsbət təsir göstərəcək".
V.Landsbergis təmas xəttində dinc sakinlərin qətlə yetirilməsindən narahatlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB