Mübariz Qurbanlı: “Təəssüf ki, “Human Rights Watch” və digər bu kimi təşkilatlar...”
"Beynəlxalq aləmdə təşkilatlar var və həmin təşkilatlar zaman-zaman müxtəlif hesabatlar yayırlar. Bu hesabatlara çox da diqqət yetirmək lazım deyil, çünki bu hesabatlar birtərəfli hazırlanır və Azərbycandakı real vəziyyəti əks etdirmir". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı "Human Rights Watch" jurnalının Azərbaycanla bağlı yaydığı qərəzli hesabata münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, biz bu cür hesabatları tənqid edirik: "Hesab edirik ki, həmin hesabatları hazırlayan və bu hesabatları tərtib edən şəxslər Azərbaycana gəlib, müxtəlif qurumların nümayəndələri ilə görüşlər keçirməlidirlər və bu görüşlərdə vəziyyəti yerindəcə təhlil edərək, bundan sonra hesabatı hazırlamalıdırlar. Amma təəssüf ki, "Human Rights Watch" və digər bu kimi təşkilatlar sadəcə hardasa müxalifət mətbuatlarından və digər ağızdan eşitmələrdən məlumatları toplayıb, Azərbaycan haqqında mənfi rəy formalaşdırırlar. Bunun detallarına varsaq, təhlillər aparsaq görərik ki, bu hesabatlar heç də Azərbaycan reallıqlarını əks etdirmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB