Baş nazir: “Mən xanım lideri olaraq çox şadam ki,...”

Baş nazir: “Mən xanım lideri olaraq çox şadam ki,...”

"Bu forum sabiq baş nazirlərin, sabiq prezidentlərin toplandığı bir yerdir. Onlar çalışırlar ki, burada öz təcrübələrini bölüşsünlər". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Zellandiyanın sabiq baş naziri, Madrid Klubunun vitse-prezidenti Cenifer M. Şipli birinci Cənubi Qafqaz forumunda iştirakı zamanı deyib.

Onun sözlərinə görə, burada yalnız regional məsələlər yox, ümumi qlobal məsələlər üzrə də fikir mübadiləsi aparılır: "Biz müxtəlif mədəniyyətlərdən ibarət cəmiyyətləri təmsil edən ölkələrdən gəlmişik. İstəyirik ki, təcrübəmizi hər kəslə bölüşək. Çünki liderlərin əsas vəzifəsi insanların fəallığı, ölkənin sosial iqtisadi inkişafı naminə çalışmaqdır. Eyni zamanda da biz öz işimizlə, təcrübələrimizi bölüşməklə liderlərə öz dəstəyimizi veririk. Mən xanım lideri olaraq çox şadam ki, sizin ölkədə xanımların fəallığına, onların ölkənin sosial iqtisadi rolunun artırılmasına diqqət vardır. İstənilən cəmiyyətin inkişafı və tərəqqisi üçün kişilər və qadınlar bərabər hüquqlu çalışaraq naliyyətlər əldə etməlidir. Sözsüz ki, həmin inkişaf üçün müəyyən ideyalar lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə