Amnistiya aktı 114 səslə qəbul edilib

Amnistiya aktı 114 səslə qəbul edilib

Milli Məclisdə Amnistiya aktı 114 səslə qəbul edilib. SİA-nın məlumatına görə, amnistiya aktı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Milli Məclisin bugünkü iclasının gündəliyinə daxil edilib.

Sənəddə qeyd olunub ki, Amnistiya aktı təxminən 9000 şəxsə şamil ediləcək. Bunlardan 2000-dən çoxunun azadlıqdan məhrumetmə yerlərindən azad ediləcəyi gözlənilir.

Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ikinci qrup əlillər, 60 yaşına çatan kişilər, öhdəsində yetkinlik yaşına çatmayan yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə