“Heydər Əliyevin Torpaq İslahatları ərzaq Təhlükəsizliyinin təminatıdır” Elmi-praktiki konfrans
Bu gün Heydər Əliyevin torpaq islahatları mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfrans Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aqrar Elmlər Bölməsinin və Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Konfrans 6 seksiya üzrə keçirilib. Birinci seksiyada Azərbaycanın torpaq ehtiyyatları, torpaqların mühafizəsi və onlarının münbitliyinin artırılmasında yeni texnalogiyaların tətbiqi, ikinci seksiyada müasir dövürdə Azərbaycanda geoməkan məlumatlarının idarə olunması, üçüncü seksiyada torpaqların meliorasiyası, irriqasiyası, aqromimyası-torpaq münbitliyinin əsasıdır, dördüncü seksiyada aqromüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi, beşinci seksiyada geodeziya və kartoqrafiya-dövlət torpaq kadastrının əsası kimi, altıncı seksiyada isə təbii sərvətlərdən istifadənin ekocoğrafi problemləri və torpaqların ekoloji qiymətləndirilməsi mövzularında məruzələr dinlənilib.
Seksiyalardan sonra konfransın açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanın kənd təsərrüfatının dirçəldilməsi istiqamətində gördüyü işlərdən, eləcə də 1993-2003-cü illərdə, ikinci dəfə hakimiyyətə qayıdışından sonra bilavasitə rəhbərliyi altında respublikada aparılan aqrar islahatların, xüsusən torpaq islahatlarının aparılması, əldə olunan nailiyyətlər və onların nəticələrindən danışıb: "Hələ 1969-cu il avqust ayında Azərbaycan Kommunist Partiyasının plenumunda Ulu öndər Heydər Əliyev xalq təsərrüfatındakı vəziyyəti təhlil edərək, onun inkişafını təmin edəcək kompleks tədbirlər planı ilə çıxış etdi.Bu məqsədyölü tədbirlər nəticəsində kənd təsərrüfatı yüksəsk sürətlə inkişaf etməyə başladı. Qısa zaman kəsiyində Azərbaycan SSRİ-də qabaqcıl ölkələrdən birinə çevrildi. Kənd təsərrüfatı üzrə yetişdirilən məhsullar regionlar üzrə ixtisaslaşdırıldı".
Komitə sədri vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyinin bərpasından sonra respublikamızın qarşısında duran ən vacib məsələlərdən biri torpaq islahatlarının həyata keçirilməsi idi: "Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi ilk gündən diqqət mərkəzində saxladığı sahələrdən biri də aqrar sahədə komleks və genişmiqyaslı islahatların aparılması olub. Ulu öndər Heydər Əliyev aqrar sahədə islahatların aparılması, xüsusilə də, onun mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, yeni əkinçi-torpaq münasibətlərinin formalaşdırılıması ilə bağlı qətiyyətli addımlar ataraq kəndlilərdə yeni iqtisadi sistemə transformasiyanı təmin edib. Azərbaycan dövlətçiliyinin memarı Ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə MDB dövlətləri içərisində respublikamızda torpaq islahatı proqramı hazırlandı və həmin proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. 1995-ci ildə "Aqrar islahatının əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" və 1996-cı ildə isə "Torpaq islahatı haqqında" qanunlar qəbul edildi. Aqrar islahatların bir hissəsini təşkil edən torpaq islahatlarının keçirilməsi, torpağa yeni mülkiyyət formalarının yaradılması, yeni torpaq-mülkiyyət münasibətlərinin formalaşdırılması və bu münasibətlərin hüquqi tənzimlənməsi Prezident Heydər Əliyevin imzaladığı çoxsaylı fərmanlarda və başqa normativ-hüquqi aktlarda öz əksini tapdı. Beləliklə, Azərbaycan MDB-də torpaq islahatlarına start verən ilk ölkə oldu. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsasən, digər ölkələrdən fərqli olaraq respublikamızda torpaqlar vətəndaşlara pulsuz olaraq əvəzsiz verildi. MDB-nin digər ölkələrindən fərqli olaraq Azərbaycan vətəndaşları yararsız və ya az yararlı torpaqlarla deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları ilə təmin olundular. Eyni zamanda, Azərbaycanda fiziki və hüquqi şəxslər öz mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və s. kimi hüquqlar verdi ki, bu da ölkəmizdə torpaq islahatlarının keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində və fundamental şəkildə həyata keçirildiyini sübut etdi.
Çıxış edən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov isə Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini konfrans iştirakçılarına çatdırıb.
Daha sonra tədbir Ulu öndər Heydər Əliyevin kənd təsərrüfatının dirçəldilməsi və aqrar sahədə gördüyü işlərdən bəhs edən film nümayiş olunub.
Qeyd edək ki, Konfrans iştirakçıları tədbirdən öncə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə əkil və gül dəstələri qoyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB