Vitse-spiker: “Yetər ki, həmin insanlar bu şansı düzgün dəyərləndirsinlər” AÇIQLAMA
"Amnistiya aktının qəbul olunması Azərbaycanda son illərdə Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən bu gün də çox uğurla davam etdirilən humanist bir siyasətin növbəti təzahürüdür". Bunu SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Parlamentdə Amnistiya aktının qəbul olunacağı təqdirdə ölkəmizə verəcəyi faydalardan danışarkən deyib.
B.Muradova deyib ki, bu Amnistiya aktının qəbulu ilə səhv etmiş bu və ya digər hüquqla, qanunlarla problemi olan, həyatının bir qismini həbsdə keçirən insanlara növbəti dəfə şans verilir: "Bu addım onların cəmiyyətə qayıtmaq, öz səhvlərini düzəltmək, cəmiyyət üçün yararlı bir insana çevrilməsinə imkan yaradır. Bu, nöqteyi-nəzərdən sözü gedən aktın irəli atılması müsbət dəyərləndirilir. Həmin qərar Mili Məclsinin deputatı Mehriban Əliyeva tərəfindən artıq neçənci dəfədir ki, irəli sürülür. Bu, həm də parlamentin həmin məsələdə iştirakının göstəricisidir eləcə də Mehriban Əliyevanın Heydər Əliyev tərəfindən müəyyənləşdirilən o hümanist siyasətə, mərhəmətə, qayğıya əsasslanan addımlarının və Heydər Əliyev Fondunun ardıcıl məqsədyönlü fəaliyyətinin təzahürü kimi ortaya çıxır. Əlbəttə ki, 9 mindən artıq insan bu Amnistiyanın müddəaları altına düşür. Məlumdur ki, bununla da onların bir qismi həbsdən azad olunacaq, digər qisminin cəzaları azadılacaq. Biz dövlətin bu siyasətini alqışlayırıq. Yetər ki, həmin insanlar bu şansı düzgün dəyərləndirsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB