Asəf Hacıyev: “Əgər siyasi xadim bir addım atırsa, o düşünməlidir ki...” AÇIQLAMA
"Ümumiyyətlə biz ikili standartları çox tez-tez görürük. Avropada da Azərbaycana qarşı ikili standartlar həyata keçirilir". Bunu SİA-ya açıqlamasında millət vəkili Asəf Hacıyev Avropa Parlamentinin bir neçə üzvünün Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ ərazilərinə qeyri-qanuni səfər etmələrinə münasibət bildirərkən deyib.
A.Hacıyevin sözlərinə görə, Avropa Parlamenti bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən o ölkənin parlament nümayəndəsi Dağlıq Qarabağa gedir. Sual veriləndə də deyirlər ki, bu onun şəxsi işidir: "Birincisi bu şəxsi iş deyil, əksinə siyasi bir addımdır. Əgər siyasi xadim bir addım atırsa, o düşünməlidir ki, hər bir siyasi xadimin addımında siyasi elementlər də mövcuddur. O siyasətçilər başa düşməlidirlər ki, əgər bunların ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, deməli öz ölkələrinə qarşı zidd addımlar atırlar. Biz bu məqamda təhkimli olmalı və yeri gələndə öz etirazımızı bildirməliyik. Hesab edirəm ki, biz öz işimizi, inkişafımızı, beynəlxalq əlaqələrimizi dünyaya tanıtdırmaqla bu məsələnin çözüm yolunu tapa bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB