Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq olub

Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq olub

Mayın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı Cümə Məscidinin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən fotolara baxdı.

Prezident İlham Əliyevə məlumat verildi ki, 2003-cü ildə şəhərin 6-cı mikrorayonunda istifadəyə verilən məscidin ümumi ərazisi 4,5 hektardır. Burada eyni vaxtda 500 nəfər ibadət edə bilər. 2011-ci ilin iyulunda Prezident İlham Əliyev məsciddə olub. Dövlətimizin başçısının tapşırığına əsasən məscid əsaslı təmir edilib. Burada 34 metr hündürlüyündə minarə inşa olunub, 480 kvadratmetr sahəyə təzə xalça döşənilib. Məscidin mehrabı yenidən düzəldilib, künbəzin iç üzü əlyazmalarla bəzədilib, 624 kvadratmetr döşəmə yenidən qurulub.

Prezident İlham Əliyev Cümə Məscidində yaradılmış şəraitdən razılığını bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə