"Azərbaycanda keçiriləcək prezident seçkiləri ölkədə demokratiya üçün sınaq olacaq. Biz seçkilərin ölkənin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun, həmçinin azad və ədalətli keçirilməsini istəyirik". SİA-nın məlumatına görə, bunu Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Bakıda keçirilən brifinqdə deyib.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Füle deyib ki, Aİ ATƏT-in Minsk qrupunun fəaliyyətini və münaqişənin Madrid prinsipləri əsasında nizamlanmasını tam dəstəkləyir: "Dağlıq Qarabağ münaqişəsində indiki statusun saxlanması qəbuledilməzdir. Biz etimad tədbirlərinin qurulmasına köklənməyi təklif ediriik".
Ş. Füle onu da qeyd edib ki, Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqlar başa çatmağa yaxındır: "Saziş Azərbaycan xalqına Aİ-yə səfər üçün sadələşdirilmiş prosedurlardan istifadə etməyə imkan verəcək. Bununla yanaşı, aviasiya sazişi üzərində də iş gedir. Ümid edirəm ki, bu saziş üzərində işi yaxın gələcəkdə başa çatdıra biləcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB