“Heydər Əliyev mənim həyatımda” kitabının təqdimatı keçirilib YENİLƏNİB-FOTO

“Heydər Əliyev mənim həyatımda” kitabının təqdimatı keçirilib YENİLƏNİB-FOTO

Bu gün "Azərbaycan" qəzeti redaksiyasının hazırladığı "Heydər Əliyev mənim həyatımda" adlı kitabın iki cilddən ibarət yeni variantının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov, Baş nazirin müavini Əli Həsənov, Milli Məclisin deputatları Fəttah Heydərov, Əhliman Əmiraslanov, İsa Həbibbəyli, Yaqub Mahmudov, Bəxtiyar Sadıqov və digər hökumət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edərək YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov deyib ki, Azərbaycanlılar yaşadığı bütün dünya dövlətlərində Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinin özünəməxsus şəkildə qeyd edirlər: "Azərbaycanlılar yaşadığı bütün dünya dövlətlərində Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinin özünəməxsus şəkildə qeyd edirlər. Azərbaycan vətəndaşlarının Heydər Əliyevin doğum gününü qeyd etməsi həm də bugün Azərbaycanda həyata keçirilən, prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan, Azərbaycanın inkişafına xidmət edən siyasətin dəstəklənməsidir. Ulu Öndər Heydər Əliyev haqqında yazılan hər bir kitab onun fəaliyyətinin dəyərləndirilməsi ilə yanaşı, gələcək nəsillər üçün geniş Azərbaycanın inkişafına xidmət edən fəaliyyətin tarixə çevrilməsi və gələcək nəsillərə ötürülməsi üçün verilən tövhələrdən biridir. Bu kitabda Ulu Öndər haqqında xatirələr, onun xalqı qarşısındakı xidmətləri, fikirləri, düşüncələri mövcuddur. Bu kitabda Heydər Əliyevin insanlara münasibəti, Azərbaycan tarixində xidmətlərini əks edirən tezislər mövcuddur".

Baş nazirin müavini Əli Həsənov isə bildirib ki, Azərbaycan dövləti yaşadıqca Heydər Əliyev insanların qəlbində yaşayacaq: "Kitabda da Ulu öndər Heydər Əliyevin böyük Azərbaycanlı olması bir daha öz təsdiqini tapır. Kitabda 74 müəllifin fikirləri, təəssüratları məqalələri dərc olunub. Heydər Əliyevin 1969-1982-ci illərdəki fəaliyyəti barədə müxtəlif sahələrin nümayəndələri öz fikirlərini yazıblar. Ulu öndər Heydər Əliyev ölkədə hakimiyyətə gələn kimi Azərbaycanın gələcəyi, onun gəncliyinin gələcəyi barədə düşünüb,15 min gənci SSRİ-nin müxtəlif yerlərində təhsil almağa göndərdi".

Əli Həsənov həmçinin qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana siyasi hakimiyyətə gəlməsi ilə ölkənin parçalanmasına son qoyuldu: "Məhz Ümummilli lider, xarici investorun Azərbaycana cəlb olunması üçün təminatçı olub. Heydər Əliyev siyasəti bundan sonra hələ uzun illər davam edəcək".

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov təqdimatda deyib ki, hər bir Azərbaycanlı "Heydər Əliyev mənim həyatımda" mövzusunda fikirlərini bölüşə bilər: "Heydər Əliyev Azərbaycan xalqı üçün o qədər əziz, önəmlidir ki, onun haqqında xatirələr bitməz. Heydər Əliyev SSRİ dövründə Azərbaycanı bütün İttifaqa tanıdıb".

Azərbaycan Tibb Universitetinin rektoru Ə.Əmiraslanov isə deyib ki, Ümummilli lider Heydər Əliyev daima SSRİ-nin müxtəlif yerlərində təhsil alan gənclərlə maraqlanırdı, onların problemlərinin həllinə diqqət ayırardı: "Heydər Əliyev daima Azərbaycan səhiyyəsinin səviyyəsinin artırılmasına səy göstərib. Dahi şəxsiyyət ona dönük çıxan, müxalifətdə olan şəxslərin də səhhətində yaranmış problemlərlə maraqlanırdı".

Daha sonra digər millət vəkilləri İsa Həbibbəyli, Yaqub Mahmudov, Bəxtiyar Sadıqov kitabla bağlı dəyərli fikirlərini bölüşüblər.

Qeyd edək ki, qəzetin "Azərbaycan qədər əbədi" silsiləsinin nəşr etdirdiyi və Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi kitab 8 il öncə işıq üzü görən eyniadlı kitabın təkmilləşdirilmiş və genişləndirilmiş ikicildlik nümunəsidir. İkicildliyin məsləhətçisi və "Ön söz" müəllifi Azərbaycan respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Kitabın hər cildi 7 fəsildən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə