Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Ketrin Eşton Azərbaycanda daxil olmaqla qurumun altı ölkəyə yeni nümayəndəsini təyin edib. SİA-nın Aİ-nin saytına istinadən xəbər verir ki, İsveçdən olan diplomat Malena Mard Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub.
M.Mard hazırda İsveç Xarici İşlər Nazirliyində Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin direktorunun müavini vəzifəsində çalışır. Bundan əvvəl isə ölkəsinin Sankt-Peterburq, Dəkkə və Brüsseldəki nümayəndəliklərində çalışıb.
Qeyd edək ki, M. Mard bu postda Roland Kobianı əvəzləyəcək.
Xatırladaq ki, Roland Kobia 2009-cu ildən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB