Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun işğal olunmuş Çaylı, Qızıloba, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə