Bu gün Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev başda olmaqla Qara Dəniz Ölkələrinin QHT Forumunun nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə 10 ölkənin QHT rəhbərləri, o cümlədən Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni və QHT əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov iştirak edib. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək forum üzvlərini Ankarada yenidən görməkdən məmnunluq ifadə edib və forumun işinə uğurlar arzulayıb.
Forumun sədri Azay Quliyev və Türkiyənin millət vəkili İsmayıl Safi çıxış edərək Qara Dəniz QHT forumunun beynəlxalq əhəmiyyəti, qarşıda duran vəzifələr və görüləcək işlər barədə öz fikirlərini bildiriblər.
Azay Quliyev qeyd edib ki, bir il ərzində forum 3 toplantısını keçirib: "Hesab edirəm ki, bundan sonra da görüləcək işlər davamlı olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB