Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunacaq. SİA-nın məlumatına görə, bunu Parlamentin bugünkü iclasında spiker Oqtay Əsədov çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mayın 7-də baş tutacaq iclasdan əvvəl Milli Məclisin üzvləri Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edəcəklər.
Qeyd edək ki, həmin gün Milli Məclisdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə gündəliyə daxil olan Amnistiya aktı müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB