XİN: “Burada əsasən regional, iqtisadi və siyasi məsələlər müzakirə olunacaq”
"Türkiyə, İran və Azərbaycan arasında Ərzurumda baş tutacaq üçtərəfli görüşün vaxtı hələ dəqiq deyil". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov həmkarı - Yunanıstanın xarici işlər naziri Dimitris Avramopulosla keçirdiyi mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu görüşün dəqiq vaxtını müəyyənləşdirəcək: "Bir neçə təklif olub, ancaq iş qrafikinə uyğun olmadığından görüş baş tutmayıb. Azərbaycan tərəfi bu görüşə tam hazırdır. Burada əsasən regional, iqtisadi və siyasi məsələlər müzakirə olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB